AZ

Xabi Alonso "Liverpul"a 4 yeni gətirmək istəyir - ADLAR

"Liverpul"un baş məşqçi postunda Arne Slotu əvəzləyəcəyi gözlənilən Xabi Alonsonun "qırmızılar"ın rəhbərliyindən nə tələb etdiyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Indykaila New" yayıb.

Məlumata görə, o, İngiltərə nəhənginin idarəçilərinə heyətin gücləndirilməli olduğunu bildirib. Mənbə Alonsonun "Tottenhem"dən müdafiəçi Mikki van de Veni, "Kristal Pelas"dan yarımmüdafiəçi Adam Uortonu, eləcə də iki hücumameyilli oyunçunu - Bredli Barkola (PSJ) və Maykl Olise ("Bayern Münhen") sərəncamında görmək istəyir.

Daha öncə "Liverpul"un ötən ilin dekabrında "Real Madrid"dən istefaya göndərilən mütəxəssislə danışıqlara başladığı bildirilib.

Nihat
 

Seçilən
3
fanat.az

1Mənbələr