Amerika kəşfiyyatı prezident Donald Trampa İran hökumətinin mövqeyinin "son dərəcə zəif" olduğunu iddia edən bir neçə hesabat təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times " (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, Donald Tramp İran hökumətinin zəiflədiyini göstərən bir neçə Amerika kəşfiyyat hesabatı alıb. Onlar göstərir ki, İran hökumətinin hakimiyyəti 1979-cu il inqilabında şah devrildikdən bəri ən zəif nöqtəsindədir.
Məqalə müəllifləri qeyd ediblər ki, ölkədə baş verən etirazlar, xüsusən də ölkənin "İranın Ali Lideri Ayətullah Əli Xameneinin dəstək mərkəzləri" olan bölgələrini bürüdükdə, İslam Respublikası hökuməti sarsıldı.
Daha əvvəl bildirilmişdi ki, Tramp hələ də İrana qarşı hərbi güc tətbiq etmək ehtimalını istisna etmir.