AZ

Çexlər Kiyevə generator almaq üçün 5,3 milyon avro toplayıb

Yazını böyüt
Yazını kiçilt

Çexiya ianə toplama kampaniyası elan edildikdən bəri Ukrayna üçün generatorların alınması məqsədilə təxminən 5,3 milyon avro yığılıb. Dünən saat 12-dək 127 milyon718 min 620 Çex kronunun (təxminən 5,3 milyon avro) toplanıldığı qeyd olunub.

Hafta.az yazır ki, təşəbbüsün rəhbəri Martin Ondraşek, soyuqdan təsirlənən sakinlər üçün generator və batareyaların alınmasını hədəfləyən SOS KYJEV ianə toplama kampaniyasında artıq 75 min nəfərin iştirak etdiyini deyib.

Yardım kampaniyası 21 yanvar axşamı elan edilib. İlk iki saatda hesaba təxminən 1 milyon avro köçürülüb. Təşkilatçılar nə qədər pulun toplanacağına dair hədəf müəyyən etməyiblər. İanə toplama kampaniyası hər kəs üçün açıqdır. Bu təşəbbüs Çexiyada generator almır, nağd pul Kiyevdəki tərəfdaşlara köçürülür.

Seçilən
89
hafta.az

1Mənbələr