Monqolustanda 2026-cı ilin yanvar ayında hipotermiya nəticəsində 13 nəfərin ölümü qeydə alınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Milli Polis Agentliyi məlumat yayıb.
Bildirilib ki, hava şəraitinin kəskin soyuması ölüm hallarının artmasına səbəb olub.
Ölkənin Hava Monitorinqi Agentliyinin məlumatına əsasən, yanvarın 21-də Monqolustanın şimalında yerləşən Selenge əyalətinin Eruu somonunda gecə saatlarında havanın temperaturu mənfi 45,2 dərəcəyə enib.
Qeyd edək ki, Monqolustanda qış mövsümü uzun və olduqca sərt keçir. Ölkədə hava temperaturu qış aylarında adətən mənfi 25 dərəcədən mənfi 45 dərəcəyədək dəyişir.