AZ

Sığorta ilə verilən dərmanlar aptekdən belə əldə olunacaq

"Sığorta çərçivəsində vətəndaşlara təqdim olunacaq dərmanların xüsusi siyahısı hazırlanır".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, sığorta hesabına qarşılanacaq dərmanların "Pozitiv siyahısı" formalaşdırılaraq ictimaiyyətə açıqlanacaq.

Bildirib ki, bu siyahıya yalnız effektiv, təhlükəsiz, keyfiyyətli və iqtisadi cəhətdən səmərəli preparatlar daxil ediləcək.

Vətəndaşların dərmanları necə əldə edəcəyini də izah edib: 

"Vətəndaş əvvəlcə E-Tabib sistemi vasitəsilə müraciət edəcək, həkim müayinəsindən sonra diaqnoz təyin olunacaq və elektron resept yazılacaq. Daha sonra vətəndaş müqaviləli aptekə müraciət edərək Dərman Təqib İzləmə Sistemi üzərindən nəzarət altında dərmanı təhvil alacaq".

 

Seçilən
17
5
7news.az

6Mənbələr