Bakı. Trend:
2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdəkeçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 faizartaraq 4569,5 min olub.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statistikaya görə, ötən il əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3faiz artaraq 2614,3 min olub ki, bu da ümumi gecələmələrin 57,2faizini təşkil edir.
Gecələmələrin ümumi sayının 13,6 faizi Hindistan, 10,1 faiziRusiya Federasiyası, 9,3 faizi Türkiyə, 8,3 faizi SəudiyyəƏrəbistanı, 5,6 faizi İsrail, 5,1 faizi Birləşmiş Ərəb Əmirlikləri,3,9 faizi Pakistan, 3,4 faizi Çin, 3,3 faizi Özbəkistan, 3,2 faiziABŞ, 2,8 faizi Qazaxıstan, 2,4 faizi Küveyt, 2,2 faizi BöyükBritaniya, 1,3 faizi Almaniya, 1,0 faizi İtaliya, 24,5 faizi isədigər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyigecələmələrin 81,1 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,4 faiziNaftalanda, 3,2 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,7 faiziŞamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalardaqeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalardakeçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 faizartaraq 1955,2 min olub ki, bu da ümumi gecələmələrin 42,8 faizinitəşkil edir.