AZ

Əfsanənin oğlu “Real”la müqavilə bağladı

Marselonun oğlu Entso Alveş "Real Madrid"lə ilk peşəkar müqaviləsini imzalayıb .

Publika.az xəbər verir ki, “kral klubu”nun keçmiş müdafiəçisinin oğlu 2024-cü ildən klubdadır. O, 18 yaşadək komandada mərkəz hücumçusu kimi oynayıb.

Fabritsio Romanonun sözlərinə görə, 16 yaşlı Entso klub tərəfindən gələcəyi olan "böyük istedad" kimi qəbul edilir. Onun "Real Madrid"in uzunmüddətli layihəsinin bir hissəsi olacağı gözlənilir.

Seçilən
17
publika.az

1Mənbələr