AZ

HPV peyvəndi icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək?

HPV peyvəndinin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil edilməsi gündəmdə deyil

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, ÜST və Səhiyyə Nazirliyi ilə birlikdə HPV peyvəndi ilə bağlı müzakirələr aparılıb. Aparılan müzakirələr HPV peyvəndinin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə əlavə olunması ilə bağlı olmayıb:

"Müzakirələrimiz əsasən HPV peyvəndinin ölkədə tətbiqi və bu peyvəndin faydaları barədə olub. Burada bir məqam da var ki, peyvəndi təqdim edən şirkətlər endirimli qiymətlər təklif edir. Düşünürəm ki, bu, ÜST və Səhiyyə Nazirliyinin qərar verəcəyi məsələdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq biz də üzərimizə düşən nə varsa, edəcəyik”. 

 

Seçilən
8
1
7news.az

3Mənbələr