AZ

Teatrlara “baş” və ya “ayaq” rejissor yox, əsl rejissorlar lazımdır Firuz Mustafa

Modern.az saytına istinadən ain.az xəbər verir.

Mədəniyyət Nazirliyi dövlət teatrlarında baş rejissor ştatının ləğv edildiyini bldirib.Modern.az-ın məlumatına görə, tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafa bunu çox mühüm və gərəkli qərar adlandırıb.“Teatra, onun “mətbəxinə” az-çox bələd olanların, habelə onu sevənlərin bir çoxu bu qərarı təəssüf və təəccüblə qarşılayıb, mütəəssir olublar. Anlaşılandır. Axı bizdə ənənəvi bir “teatr modeli” olub və zamanında özünü doğruldub. Amma indi teatr da dəyişib, tamaşaçı da, tələb və təklif də. Köhnə kanonlar özünü dogrultmur.

Mən bu informasiyaya anında reaksiya verərək dedim ki, teatrlara “baş” və ya “ayaq” rejissor yox, əsl rejissorlar lazımdır”.F.Mustafanın sözlərinə görə, təcrübə göstərir ki, artıq ənənəvi “baş rejissor postu” özünü doğrultmur:“Teatrların birində baş rejissor və yeddi rejissor vardı. Əslində bu, təqdirolunmalı haldır. Günlərin bir günü nə aktyor, nə də rejissor olan birisi teatra rəhbər təyin edildi. Uşaqlıqda aktyor olmaq istəyi gözündə qalan bu şəxs, gələn kimi bütün rejissor ştatlarını ləğv etdi. Onu teatrdan qovdular, yerinə başqa birisi gəldi. Yeni gələn özünün deməyinə görə vaxtilə “Tovsanoqovu danlamış”, “Basilaşvilini üzə çıxarmış”, fəaliyyətində daha çox Baron Münhauzeni təqlid edən bir adam idi. O da “təkhakimiyyətliliyini” qoruyub saxladı. Daha sonra özünü dünyanın "nəhəngi" hesab edən birisi gəldi, ən yaddaqalan işi qotur bir dəvəni səhnəyə çıxarmaq oldu.

Təcrübə göstərdi ki, “baş rejissor postu” bizdə “hakimiyyəti” bir əldə cəmləmək üçündür.

Onlarla əsərinə quruluş verilən bir qələm əhli və sənət adamlarına-aktyor və rejissorlara xüsusi ehtiramla yanaşan bir tamaşaçı kimi, dəfələrlə yazmışam ki, teatrlarda bir yox, bir neçə rejissor fəaliyyət göstərməlidir. Teatrlarda yaradıcılıq mühiti və bu mühitdə rəqabət olmalıdır. Bizdə baş rejissorların əksəriyyətinin amacı nədir? İmkanlı, vəzifəli “müəlliflər” axtarmaq. Hətta həmin “müəlliflərin” əvəzinə müəlliflik etmək, işbazlıqla məşğul olmaq... Teatrın yox, özünün şəxsi problemlərini həll etmək. Təbii ki, bu, heç də bütün “baş”lara aid deyil.

Çox dərinə getmək istəmirəm. Teatrlar canlanmalı, ölü nöqtədən çıxmalı, rəqabət qanunlarına tabe olmalı, ətalətdən xilas olmalı, beynəlxalq festivallarda iştirak etməli, dünyaya açılmalı, bir sözlə, əzəmətli binasına və bahalı afişalarına görə yox, hazırladığı tamaşalara görə öyünməlidir. Əslində heç öyünməyə də gərək yoxdur, bir az təvazökar olmaq daha yaxşı haldır. Teatrlara rejissorlar lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
modern.az

1Mənbələr