AZ

Ukrayna MDB sərhədlərinin mühafizəsi üzrə müqavilədən çıxdı

Ajans.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb. Sənəd dövlət başçısının rəsmi saytında dərc olunub. Fərmanda qeyd edilir ki, Ukrayna 20 mart 1992-ci ildə Kiyevdə MDB-yə üzv dövlətlər arasında imzalanmış “dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının mühafizəsi haqqında” müqavilədən çıxır. Qərarın qüvvəyə minmə tarixi və praktiki nəticələri ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

 

Seçilən
9
Ajans.az

1Mənbələr