AZ

Kapitan: “Xal ehtiyatımızı maksimum artırmaq istəyirik”

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Turan Tovuz” Premyer Liqanın XVII turunda “Sumqayıt”ı məğlub edib (2:1) və turnir cədvəlində üçüncü sıraya yüksəlib.

Komandanın kapitanı Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında matçı dəyərləndirdi:

“Qış fasiləsindən sonra ilk oyun olduğu üçün çətinliklər olacağını bilirdik. “Sumqayıt” yaxşı komandadır. Onları təhlil edib, hazırlığımızı görmüşdük. Şükürlər olsun, istədiyimiz qələbəni qazana bildik. Fasilədən sonra bəzən rəqibin ciddi təzyiqi olurdu. Buna görə bəzi anlarda geri çəkildik, lakin tam arxada qalmadıq. Bizim də qol vurmaqçün şanslarımız var idi”

Hacıyev komandanın hədəflərindən söz açdı:

“Çempionat uzun marafondur, necə olacağını zaman göstərəcək. Öz oyunlarımızı düşünüb, qələbə qazanmalıyıq. Xal ehtiyatımızı maksimum artırmaq istəyirik. Mövsümün sonunda istədiyimizə nail olmağa çalışacağıq”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
futbolpress.az

1Mənbələr