AZ

Bakıda səfirliklərə qarşı terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər həbs edildi



Bakıda üç Azərbaycan vətəndaşı xarici diplomatik nümayəndəliyə qarşı terror aktı planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə RİA Novosti Azərbaycanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Agentliyin məlumatına görə, istintaq zamanı İlqar Quliyevin (2000-ci il təvəllüdlü), Amin Piriyevin və Elvin Əlizadənin (hər ikisi 2005-ci il təvəllüdlü) dini nifrət zəminində xarici səfirlikdə terror aktı törətməyi planlaşdırdıqlarına dair əsaslı şübhələr müəyyən edilib.

DTX-dan bildirilib ki, şübhəlilər beynəlxalq terror təşkilatı İslam Dövlətinin bir qolu olan Xorasan Vilayət qrupunun yaraqlıları ilə cinayətkar əlaqələr qurublar. Müstəntiqlər hesab edirlər ki, onlar gizli şəkildə silah kimi istifadə etməyi planlaşdırdıqları əşyaları əldə ediblər və diplomatik nümayəndəliyə yaxınlaşarkən təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıblar.

Hər üçü Cinayət Məcəlləsinin dini nifrət zəminində terror aktı hazırlamaqda cəza nəzərdə tutan maddələri ilə ittiham olunub. Məhkəmə onların barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçib.

SAMİRƏ

Seçilən
6
baki-xeber.com

1Mənbələr