AZ

Gürcüstanda daha bir sabiq məmur saxlanılıb

Tbilisi, 27 yanvar, AZƏRTAC

Gürcüstanda daha bir sabiq məmur - səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata onun vəkili Dmitri Mçedlişvili məlumat verib.

Vəkilin sözlərinə görə, Quduşauri ötən gün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə aparılıb və hazırda təcridxanada saxlanılır.

Keçmiş yüksək vəzifəli məmurun nədə ittiham olunduğu hələlik məlum deyil.

Qeyd edək ki, İlya Quduşauri keçmiş səhiyyə naziri Zurab Azaraşvilinin müavini olub. O, bu vəzifəyə 2022-ci ilin yanvarında təyin olunub və 2024-cü ilin mart ayına qədər bu vəzifədə çalışıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
53
azertag.az

1Mənbələr