AZ

İtaliyadan İsrailə sərt nota: İki hərbçi silah gücü ilə diz çökdürüldü

İtaliya, işğal altındakı İordan çayının qərb sahilində iki italyan hərbçisinin israilli məskunlaşan (settler) tərəfindən silahla hədələnməsindən sonra hərəkətə keçib.

İtaliya Xarici İşlər Nazirliyi İsrailin Romadakı səfirini nazirliyə çağıraraq rəsmi etiraz notası təqdim edib. İtaliyanın xarici işlər naziri Antonio Tayani, İsrail səfirinə hadisə ilə bağlı “kəskin etiraz”ın çatdırılmasını tələb edib.

İtaliyanın Tel-Əvivdəki səfirliyi isə İsrail hökumətinə rəsmi etiraz notası verərək, İsrail Xarici İşlər Nazirliyi, İsrail ordusu, polis və daxili təhlükəsizlik xidməti Şin Bet ilə əlaqə saxlayıb.

2 italyan hərbçisi silah gücü ilə diz çökdürülərək sorğu-sual edilib

İtaliya hökumət mənbələrinin bildirdiyinə görə, məskunlaşan olduğu ehtimal edilən israilli şəxs iki italyan hərbçini silah gücü ilə diz çökdürərək sorğu-sual edib.

Hadisə dünən, italyan hərbçilərin Avropa İttifaqı ölkələrinin səfirlərindən ibarət nümayəndə heyətinin Ramallah yaxınlığındakı bir kəndə planlaşdırılan səfəri öncəsi hazırlıq və təhlükəsizlik yoxlaması aparmaq üçün yolda olduqları zaman baş verib.

Seçilən
1
aznews.az

1Mənbələr