AZ

ABŞ-də ölümcül qar çovğunu: qurbanların sayı 34-ə çatdı

Bakı. Trend:

ABŞ-də güclü qar çovğunu səbəbindən ölənlərin sayı 34-əçatıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Ölüm halları ümumilikdə ABŞ-nin 14 ştatında qeydə alınıb. Ənyüksək qurban sayı Nyu-York ştatında sənədləşdirilib (9 nəfər).Həftənin əvvəli qar çovğunu səbəbindən 14 nəfərin öldüyübildirilirdi.

Bir çox ştatda yağan qarın səviyyəsi 30 sm-i keçib ki, bu daavtomobil yollarında hərəkətdə fasilələrə, hava reyslərinin ləğvinəvə məktəblərin bağlanmasına səbəb olub.

Ölkənin Milli Meteorologiya Xidmətinin məlumatına görə,Pensilvaniya ştatının Pitsburq şəhərinin şimalındakı bəziərazilərdə yağıntının miqdarı 50 sm-dən artıq olub.

Ölkədə hələ də elektrik enerjisinin verilməsində fasilələrmüşahidə olunur. “PowerOutage.com” saytının məlumatına əsasən,hazırda təxminən 550 min nəfər elektrik təchizatından məhrumdur. Ənçox təsirlənən ştatlar Tennessi və Missisipidir. Hakimiyyətorqanları xəbərdarlıq edirlər ki, enerji təchizatının tam bərpasıbir neçə gün çəkə bilər.

Məqalədə:
Seçilən
76
az.trend.az

1Mənbələr