ABŞ-dən Kiyevə təhlükəsizlik zəmanəti yalnız ərazilərdən imtina müqabilində verilə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, Kiyev ABŞ-dan təhlükəsizlik zəmanətlərini yalnız ərazilərindən imtina edəcəyi təqdirdə ala bilər. Amerikalı rəsmilər həmçinin ukraynalılara münaqişə başa çatdıqdan və müvafiq saziş imzalandıqdan sonra silah tədarükünün davam etdirilməsi imkanlarına dair işarələr verirlər.
Nəşr qeyd edir ki, hazırda Ukraynaya qoşunların Donbasdan çıxarılması məsələsində “böyük təzyiq” göstərilir. Lakin buna baxmayaraq, Ağ Ev rəsmi bəyanatlarında təhlükəsizlik zəmanətlərinin ərazi məsələsi ilə bağlı olduğunu inkar edir.
Xuraman Etibarlı
İnterpress.az