Türkiyəli seysmoloq Osman Bektaş Türkiyədəki zəlzələ riskləri ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
Bektaşın sözlərinə görə, 3 il öncə Kahramanmaraşda baş verən 7.7 bal gücündə zəlzələ bölgədəki seysmik riski tamamilə aradan qaldırmayıb.
Daha yüksək təhlükəyə diqqət çəkən seysmoloq həmin zəlzələdən sonra riskin fərqli bölgələrə ötürülə biləcəyini vurğulayıb.