AZ

“Rusiyan-Ukrayna müharibəsində iştirak edən şəxslər şəhid sayıla bilməz”

Xəbər verdiyimiz kimi, Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan vətəndaşı Əhmədov Orxan Niftalı oğlunun Naxçıvanda ailə üzvləri və yaxınlarının iştirakı ilə şəhid kimi dəfn edilməsi, məzar daşının üzərinə şəhid sözünün yazılması birmənalı qarşılanmayıb.

Məsələylə bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev dedi ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsində iştirak edən heç bir kəs şəhid sayıla bilməz:

“Şəhid yalnız Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olan hərbi qulluqçulara və Azərbaycan vətəndaşlarına verilən statusdur”. 

Hərbi ekspert bildirib ki, aidiyyatı qurumlarımız bu addımların qarşısının alınması üçün effektiv addımlar atmalıdır:

“Həmin şəxslər şəhid ifadəsini qətiyyətlə istismar etməməlidirlər. Mətubatda və kütləvi informasiya vasitələrində təbliğatlar aparılmalıdır. Həmin şəxslərlə proflaktik söhbətlər və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməlidir”. 

Vasif

Seçilən
6
1
adalet.az

2Mənbələr