“Real”ın keçmiş hücumçusu və məşqçisi Xorxe Valdano Alvaro Arbeloanın rəhbərliyi altında komandanın oyunundakı fərqləri vurğulayıb.
Publika.az xəbər verir ki, Valdano bu barədə “Deporte Plus+” verilişində bildirib:
“Arbeloa oyunçuların özünəinamını artırmaq üçün əla iş görür.
“Vilyarreal” üzərində 2-0 hesablı qələbə qazanılan oyunda komandanın motivasiyası inanılmaz idi. Oyunçular ilk dəqiqədən 90-cı dəqiqəyə qədər bütün oyun boyu tamamilə birləşmişdilər. Xabi Alonsonun rəhbərliyi altında bu, belə deyildi.