AZ

Qəbələdə qəzada həlak olan Mətin – Foto

Qəbələdəki qəzada həlak olan 28 yaşlı Mətinin – Fotosu

Yanvarın 26-na keçən gecə Qəbələdə “Nissan Navara” markalı avtomobilin qəzaya uğraması səbəbindən ölən 28 yaşlı Mətin İbrahimov şirkət əməkdaşı olub.

Busaat.az xəbər verir ki, paytaxt sakini M.İbrahimov Oğuzun Mollalı kəndində yerləşən balıqartırma şirkətində çalışıb.

Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələnin Nic qəsəbəsindən keçən hissəsində baş verib. Hadisə zamanı avtomobildə olan 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə müxtəlif dərəcəli xəsarətlər alıb. Onun da balıqçılıq təsərrüfatında işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Seçilən
29
8
busaat.az

9Mənbələr