AZ

ABŞ ordusu İran yaxınlığında: Xamenei elə bu həftə vurula bilər

ABŞ İrandakı etirazlar zamanı nümayişçilərin ölümündə günahkar bildiyi yüksək vəzifəli İran rəsmiləri və komandirlərinə qarşı hədəfli zərbələr endirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Middle East Eye" məlumat yayıb.

Bildirilib ki, zərbələrin bu həftənin əvvəlində baş verəcəyi deyilsə də, vaxtın dəyişmə ehtimalı da istisna deyil.

ABŞ-ın keçmiş kəşfiyyat rəsmisi iddia edir ki, Birləşmiş Ştatlar prezident administrasiyası daxilindəki söhbətlərə əsasən, Donald Trampın Tehranda rejim dəyişikliyi istəyindən əl çəkmədiyi qənaətinə gəlmək olar.

Qeyd edək ki, Tramp bundan əvvəl Tehranın ABŞ ilə mübahisələrinin diplomatik yolla həllində maraqlı olduğunu bildirmişdi. ABŞ lideri İran yaxınlığında əhəmiyyətli qüvvələr topladığını da vurğulamışdı.

Seçilən
11
publika.az

1Mənbələr