AZ

Qış tətili başladı: Məktəblərdə dərslərə fasilə verildi

Məktəblərdə qış tətili başladı

Bu gündən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.

Busaat.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.

Tətil məktəbəhazırlıq qruplarına da şamil olunur.

Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-dir.

Seçilən
90
23
busaat.az

10Mənbələr