AZ

ƏƏSMN və qurumlarında 1,9 milyon vətəndaş qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumlarında ötən il 1,9 milyon vətəndaşın qəbulu həyata keçirilib.

“Cebheinfo.az” xəbər  verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 200 minə yaxın şəxs Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1,7 milyon şəxs Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edilib.

Həmçinin 2025-ci ildə 2,1 milyon (o cümlədən yazılı və e-qaydada 532 min, sosial şəbəkələr üzərindən 85 min, “142” Çağrı mərkəzi vasitəsilə 1,5 milyon) vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.

Seçilən
60
1
cebheinfo.az

2Mənbələr