AZ

Rusiya futbolunun əfsanəvi məşqçisi VƏFAT ETDİ

Rusiya millisinin sabiq baş məşqçisi vəfat etdi – 85 yaşında

İnterpress.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Rusiya milli futbol komandasının keçmiş baş məşqçisi Boris İqnatyev 85 yaşında dünyasını dəyişib.

Məlumata görə, 2024-cü ildə mütəxəssisə mədə xərçəngi diaqnozu qoyulub. O, uzun müddət bu ağır xəstəliklə mübarizə aparıb. Ölümündən az əvvəl Boris İqnatyev kəskin şəkildə 15 kiloqram arıqlayıb və danışıq qabiliyyətini itirib.

Bildirilir ki, İqnatyev yanvar ayında onkoloji xəstəlik səbəbindən iki həftədən çox xəstəxanada müalicə alıb. Dünən onun vəziyyəti qəfil pisləşib – təzyiqi düşüb, danışmağı dayandırıb və yaxınlarının sözlərinə reaksiya verməyib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, onun rəhbərliyi altında SSRİ-nin gənclər yığması 1988-ci ildə Avropa çempionatının qalibi olub. Boris Petroviç həmçinin “Saturn”, Vladimir “Torpedo”su, “Torpedo-ZİL”, Moskva “Torpedo”su, Çinin “Şandun Lunen” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” (hazırda Riyad Mahrez, Roberto Firmino kimi ulduzların oynadığı klub) klublarında çalışıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
1
interpress.az

2Mənbələr