AZ

İraq Türkmanları kimdir?

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

V Yazı

I Dünya müharibəsi özü ilə İraq türkmanlarına yeni faciələr gətirdi. Osmanlı dövlətinin çökməsindən istifadə edən və ingilis casusları tərəfindən dəstəklənən yerli ərəblər 1918-ci ildə Türkmanelində yaşayan türkmanların üzərinə hücum edərək,onları öldürməyə başladılar.Bununla daİraqda ingilislər tərəfindən körüklənən türkman soyqırımlarının əsası qoyuldu.1920-ci ildə Altunkörpü və Telaferdə ərəblər türkmanların üzərinə hücum edərək,yüzlərlə dinc türkmanı qətlə yetirdilər.Onların günahı isə türk olmaları idi.

Türkmanlar bütün başqa həmvətənləri ilə birlikdə İraqda cümhuriyyət üsul-idarəsinin təsis edilməsinə tam razı idilər.Lakin Britaniya hökuməti İraqda monarxiya rejimini seçərək İraqa zidd siyasət yeridirdi.Bu, 12 mart 1921-ci ildə misterVinston Çörçillin başçılıq etdiyi Qahirə konfransında həyata keçirildi.Həmin konfransda İraq tərəfdən müvəqqəti hökumətin müdafiə naziri Cəfər Əl-Əsgəri və həmin hökumətin maliyyənaziri Sosun Hasqil də iştirak edirdi.

Müxtəlif millətli İraq xalqının monarxiya rejiminə qarşı etirazına baxmayaraq,Britaniya İraqda monarxiya üsul-idarəsini yaratmaq planını həyata keçirməkdən çəkinmirdi. Beləliklə, məkkəli Feysəl İraqa kral təyin edildi.

Monarxiya rejimi bu cür, zorla İraqda tətbiq olundu.Müstəmləkəçilər İraq xalqının istədiyi hakimiyyət formasını seçmək hüququnu tapdaladılar.Amma bu,həmin oyunun tam mərkəzi deyil, onunbaşqa cəhətləri də olub.İngilislər çox gözəl bilirdilər ki,İraq xalqı monarxiya rejiminin əleyhinədir.

Rəy sorğusu oyunu, müstəmləkəçilərin və onların vəkil və agentlərinin, yerli nüfuzlu məmur və hərbçilərin qurduğu buməsxərə, istənilən nəticəni almaq üçün idi.Vəkil və casuslar, hərbi və mülki məmurlar bu oyunu ifa edərkən gah qüvvəyə,gah da yalana əl atır,qorxu həbs,sürgün vasitələrini işə salır və hətta adamları rüşvətlə,ucuz yolla satın almaqdan çəkinmirdilər.Bütün bunlar tələb olunan nəticəni və elan oluna biləcək məqsədi təmin etdi.Sonra bütün aləmə yayıldı ki,İraq xalqı könüllü surətdə monarxiya rejimini bəyənib və Feysəl ben Əl-Hüseyni İraqa kral seçib.

Türkmanlar müstəmləkəçilk planlarına qarşı müqaviməti davam etdirərək ona baş əymədilər, söylənən vədlərə uymadılar,yalan onları aldadıb çaşdırmadı.Səsvermə məzhəkəsi yerinə yetirilərkən, onda iştirak etsələr də,nə onun qanuniliyini etiraf etdilər, nə düzgünlüyünə inandılar,nə də onun yaradıcılarına tabe oldular.Ölkənin o dövrdə qarşısına çıxan ən mühüm və çətin işindəxalqındigər övladlarıyla həmrəyliyini açıq rəsmi surətdə bildirmək və monarxiya rejiminə etirazlarını sübut etmək üçün mister Ayrləndin dediyi sözləri xatırlamaq kifayətdir: “Kərkük livası Feysəlin əleyhinə səs verdi”.Hörmətli alim Əbdürrəzaq Əl – Həsəni həmin həqiqətə aid yazır: “Yalnız tarix üçün yada salmaq lazımdır ki,Kərkük livası Əmir Feysəlin əleyhinə səs verdi”.

Türkmanlar müstəmləkəçilərin arzuladığı kimi səs vermədilər,çünki, müstəmləkəşilər monarxiya rejiminə qarşı çıxış edənİraq xalqının rəyi ilə hesablaşmırdılar.

Ümumi sorğu zamanı,müstəmləkəçilik planlarına əsasən İraqa zorla tətbiq olunan bu hakimiyyət növünə qarşı onların mütəfəkkirlərinin-şair və yazışılarının səsi yüksəldi.Məşhur türkman şairi Məhəmməd Sadıq Əfəndinin seçki ərəfəsində yazdığı qəsidə bubədbəxtlikdə türkmanların vəziyyətini çox aydın əks etdirir: İntixab etməm səni,Feysəl,İraqmülkünə.

I Feysəl ibn Hüseynəl –Haşimi 23 avqust 1921 - 8 sentyab 1933 İraq kralı olmuşdu. I Qazi 1933-cü ildə atası Feysəl ibn Hüseynin ölümündən sonra hakimiyyətə gəldi.O atası kimi siyasət yeritməyə çalışırdı.O atası kimi türkmanlar əleyhinə siyasət yeritməyə çalışırdı.1939 –cu ildə avtomobil qəzasında dünyasını dəyişdi. Yerinə oğluII Feysəl ibn Qazi( 4 aprel 1939 - 14 iyul 1958) keçdi.

Geniş xalq kütlələrinin və türkmanların inadkar mübarizəsi nəticəsində İraqda 1958-ci il iyulun 14-də monarxiya rejimi devrilir və İraq cümhuriyyəti elan olunur.14 iyul 1958-ci il İraq inqilabı ,generallar Əbdülkərim Qasım və Əbülsalam Arifin rəhbərlik etdiyi hərbi çevriliş nəticəsində Haşimilər sülaləsinin (kral II Feysəlin) devrilməsi və krallığın ləğvi ilə nəticələnən qanlı hadisələrdir.Bu çevrilişlə İraq cümhuriyyət elan edildi, Bağdad paktından çıxdı və İraq –İordaniya Federasiyasına son qoyuldu.

Səlcuqların Bağdadda hakimiyyəti 1055-1152

Hökmdarları

1.Toğrul bəy Məhəmməd ben Mikayıl ben Səlcuq 1037-1063

2.Alp Arslan Məhəmməd Cağrı bəy 1063-1072

3.Davud ben Mikayıl ben Səlcuq Məlik şah ben Alp Arslan 1072-1092

4.I Mahmud ben Məlik şah 1092-1094

5. Rüknəddin Börküyarıq ben Məlik şah 1094-1105

6.Müizzəddin II Məlik şah1104-1105

7.Davud Mahmud ben Məhəmməd II Toğrul benMəhəmməd Təpər ben Məlikşah 1105-1118

8.II Mahmud 1118-1119

9.Əhməd Səncər ben Məlikşah 1119-1157

Səlcuqların hakimiyyəti Bağdadda və İraqda 1157-ci ildə sona çatsa da aşağıdakı türkman dövlətləri sonradan yarandılar:1.Mosul Atabəyləri dövləti.2.Ərbil Al Zeynəddin dövləti.3.Kərkük Qıpçaq dövləti.Onların hakimiyyəti 1258-ci ildə Hülakü xan İraqı və Bağdadı fəth edənədək davam etmişdir.

Kərkükdə Qıpçaq Əmirlyi

Bu əmirliyi yaradanlar və hökmdarları Eyvaqiyyətürkləri olublar.Kərkükdə Qıpçaq əmirliyinin yaranma tarixi dəqiq məlum deyil. Lakin bəzi mənbələrdə Qıpçaq benArslantaş ət-Türkmani adlı bir nəfərin bu əmirliyinyaradılmasında böyük fəaliyyət göstərdiyindən xəbər verilir.İbn əl –Əsir bu dövlət haqqında danışarkən qeyd edir ki, Şəhrizor və ətraf bölgələr Qıpçaq ibn Arslantaş ət-Türkmaninin hakimiyyətinə tabe etdirilmişdi.Bütün yaxın əyalətlər onun ixtiyarında idi.Məliklər ondan çəkinirdillər,onun ölkəsi hücumlara məruz qalmazdı. Onun nüfuzu artdıqca rəiyyəti çoxalırdı. Türkmanlar hər yerdə onun başına yığışırdılar.

Qıpçaq əmirliyi əvvəl Kərkükdən və Şəhrizor (ətrafı ilə birgə) ibarət olub.Bura Kərkük şəhəri,Süleymaniyyənin indiki ərazisi,Şəhrizor bütövlükdə daxil idi.İmadəddin Zəngi (1127-1146) bu əmirlyi tutmaq fikrinədüşür və silahlı qoşunla Kərkük üstünə yeriyir.1139-cu ildə iki qoşun Dərbənd Bazyan keçidində qarşılaşır,aralarında döyüş başlanır.Qıpçaqlar döyüşü uduzurlar,əsgərləri geri çəkilr.Atabəy Zənginin qoşunları onları qovur, qıpçaqların tikdirdikləri qala və bəndləri mühasirəyə alırlar.İmadəddin Zəngibu əmirlyi ləğv edir.Qıpçaqların əksəriyyəti İmadəddinin ordusuna daxil olur.

Lakin tezliklə Kərkükdə Qıpçaq əmirliyi yenidən bərpa olunur. “Havadis-tarix” əsərindən görünür ki,Eyvan əmiri İzzəddin Həsən ben Yaqub hakimiyyəti yenidən Qıpçaqben Arslantaş ət –Türkmaniyə qaytarır və Kərkük Mosul atabəyliyindən ayrılaraq birbaşa Xilafətin tabeliyinə keçir.

Bağdadda hakimiyyətdə olmuş Elxan rütbəsi daşımış Monqol-Tatar-Elxanlı dövlət başçıları 1258-1338

1.Hülakü (Hulaku) 1258-1265

2.Abaqa(Abğa) ben Hulaku 1265-1282

3.Təkudar Oğul Əhməd xan ben Hulaku 1282-1284

4.Arqun xan Arğon ben Abğa 1284-1291

5.Riçindorj Keyxatu xan 1291-1294

6.Baydu ben Tarağay (Torağay) ben Hulaku1294-1295

7.Qazan Mahmud xan ben Arğon 1295-1304

8. Sultan Ulcaytu Məhəmməd Xudabəndə 1304-1316

9.Əbu Səid ben Ulcaytu1316-1335

10.Arpa ben Arıq Buğa 1335-1336

11.Sultan Musa xan ben Əliben Baydu1336-1336

12.Məhəmməd ben Yol Qütləq 1336-1338

Bağdaddavə İraqdahakimiyyətdə olan“noyon” ləqəbi daşıyan Cəlairidövlətinin başçıları 1338-1411

1.Şeyx Həsən Bozork 1338-1356

2.Üveys ibn şeyx Həsən Kəbir 1356-1374

3.Sultan Hüseyn Cəlaləddin ben Üveys 1374-1382

4.Sultan Əhməd ben Üveys 1382-1393

5.Şeyx Əli ben Üveys 1393-1394

6.Sultan II Əhməd 1394-1400

7.Sultan III Əhməd 1405-1410

8.Lundi (Tundi) ben Hüseyn 1410-1411

Bağdadda hakimiyyətdə olan türkman Qaraqoyunlu dövlətinin başçıları

1411-1469

1.Şah Məhəmməd ben Qara Yusif 1411-1432

2.Aslan ben Qara Yusif 1432-1444

3.Cahan şah ben Qara Yusif 1444-1467

4.Həsən Əli ben Cahan şah 1468-1469

5. Şah Mansur ben Zeynal 1469

Bağdadda hakimiyyətdə olmuş Ağqoyunlu türkmən dövlətinin başçıları 1469-1508

1.Uzun Həsən 1469-1477

2.Xəlil ben Uzun Həsən 1477-1478

3.Yaqub ben Uzun Həsən 1478-1490

4. Baysunqar (Baysunqur) xan ben Yaqub 1490-1492

5.Rüstəm ben Maqsud ben Həsən 1492-1496

6.Əhməd ben Məhəmməd Uğurlu ben Həsən 1496-1497

7.Məhəmmədben Yusifben Həsən 1497-1499

8.Murad ben Yaqub 1499-1508

İraqda Qızılbaş və Osmanlı dövlətinin hakimiyyəti

Qızılbaşların I hakimiyyəti dövrü 1508-1523

Qızılbaşların II hakimiyyəti dövrü 1529-1534

Osmanlı türklərinin hakimiyyəti dövrü 1534-1622

Qızılbaşların IIIhakimiyyəti dövrü 1622-1638

Osmanlı hakimiyyətinin II dövrü 1638-1917

Bağdadda Səlcuqların,Elxanlıların, Qızılbaşların və Osmanlı türklərinin hakimiyyəti

Səlcuqlar 1055-1152

Elxanlar 1258-1338

Cəlairilər 1338-1411

Qaraqoyunlular 1411-1469

Ağqoyunlular 1469-1508

Qızılbaşlar (Səfəvilər) 1508-1523

Qızılbaşlar II dəfə 1529-1534

Osmanlı türkləri 1534-1622

Qızılbaşlar III dəfə 1622-1638

Osmanlı türkləri 1638-1917

İraq Türkmanlarına qarşısoyqırımlar

Levi soyqırımı (Kərkük 1924),Yavruba soyqırımı (Kərkük 1946),Kərkük soyqırımı (14-17 iyun 1959),Tuzxurmatu soyqırımı (1979),türkman liderlərin soyqırımı (1990), İkincu Tuzxurmatu soyqırımı (25 mart 1991),Altunkörpü soyqırımı (28 mart 1991),Ərbilsoyqırımı (31 avqust 1996),Üçüncü Tuzxurmatu soyqırımı (22 avqust 2003),Telafer soyqırımı (9 sentyabr 2004), İkinci Telafer soyqırımı (21 fevral 2005),Mosul soyqırımı (24 sentyabr 2005),Yengicə soyqırımı (10 mart 2006),Qaratəpə soyqırımı (4 iyun 2006),İkinci Kərkük soyqırımı (13 iyun 2006), Tavuk soyqırımı (8 iyun 2007),Amirli soyqırımı (7 iyul 2007) və nəhayət son illərdə kürdlər tərəfindən Mosul,Kərkük və türkmanlar yaşayan digər ərazilərdə həyata keçirilən türkman soyqırımları daha yayqın halda davam etdirilmişdir.

Türkman soyqırımları İŞİD tərəfindən davam etdirilərək 2014-cü ildən etibarən İraqda türkmanlara qarşı geniş tətbiq edilmişdi.İraqda türkmanlara qarşı kütləvi qətllər,qaçırmalar, işgəncələr və məcburi köçürmələri əhatə edir.Telafer, Tuzxurmatu və Kərkük kimi bölgələrdə minlərlə türkman öldürülmüş,qadınlar cinsi köləliyə məruz qalmış və əhali öz yurdlarından didərgin salınmışdır.

Əsas məqamlar:

Məqsəd: Türkmanların yaşadığı əraziləri (xüsusilə Telafer, Tuzxurmatu və Kərkük) ələ keçirmək və onları yox etməkdi.

Cinayətlər: İŞİD yaraqlıları tərəfindən kişilərin edamı,qadınların qaçırılması və qul kimi satılması kimi cinayətlər törədilmişdi.

İŞİD 2014-cü ilin iyununda Telaferi ilk dəfə ələ keçirərkən 700-ə yaxın kişi,470-i qadın və 130-u uşaq olmaqla 1300 İraq türkmanını qaçırmışdı.İraq Türkman Cəbhəsi qeyd edib ki, 1300 nəfərdən yalnız 42-si geri qayıdıb,qalanları isə bir daha heç zaman görülməyib. Türkmanları Xilasetmə Fondunun sözcüsü Mehdi əl-Beyati 2017-ci ilin fevralında türkman qaçqınlarının sayının 600 minə çatdığını iddia edib.

2014-cü ilin iyun-oktyabr ayları arasında Mosulda müxtəlif mənşəli, o cümlədən türkmanlardan olan 30 min insan İŞİD tərəfindən həbs edilib.

Ümumilikdə təxminən 600 türkman qadını İŞİD tərəfindən əsir götürülərək seks köləsi kimi istifadə edilib.Onlardan təxminən 400-500 nəfəri İŞİD-in Suriyadakı müvəqqəti həbsxanalarına göndərilib.

2017-ci ildə itkin düşən türkman qadın,qız və uşaqlarının sayı 1200 nəfər olub,2018-ci ildə 1300 türkman itkin düşüb.Türkmanların yaşamaqvə torpaqlarınıqorumaq mübarizəsi bu gün də davam edir.

Son

Seçilən
32
1
turkustan.az

2Mənbələr