AZ

Rusiya millisinin sabiq məşqçisi vəfat etdi

BAKI, 27 yanvar. TELEQRAF

Rusiya millisinin sabiq baş məşqçisi Boris İqnatyev 86 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən mütəxəssis ötən gecə dünyasını dəyişib.

İqantivə 2024-cü ilin dekabrından mədədə yeni törəmə diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, Boris İqnatyev 1996-cı ildən Rusiya millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında milli komanda 1998-ci il dünya çempionatının seçmə mərhələsini keçə bilməyib. Bununla belə, İqnatyev daha əvvəl SSRİ-nin gənclərdən ibarət yığmasına rəhbərlik edib və həmin komanda 1988-ci ildə Avropa çempionu olub. Boris İqnatyevin son iş yeri Moskvanın “Torpedo” klubu olub. O, 2013–2018-ci illərdə klubun vitse-prezidenti vəzifəsində çalışıb.

Seçilən
136
teleqraf.com

1Mənbələr