AZ

SENSASİYA! Ərdoğan həlak olan erməni həbçilərə 10 milyon dollar ayırıb? – RƏSMİ AÇIQLAMA GƏLDİ

Türkiyədə sosial şəbəkələrdə və bəzi onlayn informasiya mənbələrində yayılan, guya Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı maliyyə dəstəyi haqqında qərar verdiyinə dair iddiaların əsassız olduğu rəsmən açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, söhbət müharibə zamanı həlak olmuş erməni hərbçilərin ailələrinə və ehtiyaclı qruplara 10 milyon ABŞ dolları məbləğində yardım ayrılması ilə bağlı iddialardan gedir.

Məsələ ilə əlaqədar Türkiyə Prezident Administrasiyası yanında fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi rəsmi mövqe ortaya qoyub. Qurumun yaydığı açıqlamada qeyd olunub ki, bu məzmunlu məlumatlar tamamilə uydurmadır və heç bir faktiki əsas daşımır. Bildirilib ki, Prezident Ərdoğan tərəfindən belə bir qərar qəbul edilməyib və Ermənistanla bağlı maliyyə yardımı nəzərdə tutan hər hansı rəsmi sənəd mövcud deyil.

Açıqlamada xüsusi vurğulanıb ki, dövriyyəyə buraxılan bu cür xəbərlər məqsədli şəkildə hazırlanıb və ictimai rəydə çaşqınlıq yaratmaq, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətləri zədələmək niyyəti daşıyır. Rəsmi qurum vətəndaşları xəbərdarlıq edərək sosial mediada yayılan bu tip məlumatlara tənqidi yanaşmağa və yalnız dövlət orqanlarının rəsmi açıqlamalarına istinad etməyə çağırıb.

Bununla yanaşı bildirilib ki, internetdə paylaşılan saxta “qərar” sənədləri və görüntüləri hüquqi baxımdan heç bir qüvvəyə malik deyil və informasiya təhlükəsizliyi baxımından riskli məzmun hesab olunur. Rəsmi mövqeyə görə, Türkiyə prezidentinin Ermənistanla bağlı 10 milyon dollarlıq yardım göstərməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir və tam şəkildə təkzib edilir.

Tunar

Seçilən
37
nocomment.az

1Mənbələr