AZ

Vyetnam “vahid Çin” siyasətinə sadiqliyini bir daha bəyan edib- ÖZƏL 

Vyetnam Kommunist Partiyasının (VKP) Mərkəzi Komitəsinin baş katibi To Lam ölkəsinin ardıcıl şəkildə "vahid Çin" siyasətinə sadiq qaldığını və Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirib. Olaylar.az xəbər verir ki, bu barədə To Lam Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı zamanı qeyd edib. Məlumatı Vyetnam İnformasiya Agentliyi yayıb.
Si Cinpin Çin partiyası, dövləti və xalqı adından To Lamı VKP-nin 23 yanvarda başa çatan XIV qurultayında baş katib seçilməsi münasibətilə səmimi şəkildə təbrik edib. O, To Lamın rəhbərliyi altında Vyetnamın qurultayın qərarlarını uğurla həyata keçirəcəyinə və qarşıya qoyulan inkişaf məqsədlərinə nail olacağına əminliyini ifadə edib.
To Lam təbriklərə görə Si Cinpinin simasında Çin partiyasına, dövlətinə və xalqına təşəkkürünü bildirib. O vurğulayıb ki, Vyetnam dəyişməz olaraq "vahid Çin" siyasətini dəstəkləyir və Çini regionda və dünyada sülhün və inkişafın təmin olunmasında məsuliyyətli böyük dövlət kimi yüksək qiymətləndirir. Vyetnam lideri həmçinin Pekinin inkişaf, təhlükəsizlik və qlobal idarəetmə sahəsində irəli sürdüyü təşəbbüsləri dəstəklədiklərini qeyd edib. To Lam tərəfləri qarşılıqlı siyasi etimadı daha yüksək səviyyəyə qaldırmağa çağıraraq, bunun Vyetnam-Çin əməkdaşlığını bütün sahələrdə istiqamətləndirəcəyini bildirib. O, yüksək səviyyəli müntəzəm təmasların davam etdirilməsinin praktik əməkdaşlıq sahələrində real nəticələr verəcəyinə diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr