AZ

Çalışdıqları şirkətdən 1,4 milyon manatlıq oğurluq edən şəxslərə ağır cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vasiliy İbrahimov və Təsviri Məlikovun (hər ikisinin soyadı şərtidir) cinayət işləri üzrə məhkəmə istintaqı başa çatıb.

Vətəninfo.az  Pravda.az-a istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, V.İbrahimov 11 il, T.Məlikov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama əsasən, V.İbrahimov özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə baş operator işlədiyi ASC-lərdən birində baş usta vəzifəsində çalışan T.Məlikovla cinayət əlaqəsinə girib. Onlar qabaqcadan əlbir olan qrup halında oğurluq etmək barədə razılığa gəliblər.

İş yoldaşı olan şəxslər 2024-cü ilin sentyabr ayı ərzində çalışdıqları Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən ASC-yə aid sexdən müxtəlif növ sənaye qəliblərini gizli şəkildə talayıblar.

İttiham aktında qeyd olunur ki, talanmış qəliblərin ümumi dəyəri 1 353 500 manat təşkil edib. Nəticədə şirkətə xüsusilə külli miqdarda maddi ziyan vurulub.

Hadisədən sonra hər iki şəxs saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Seçilən
16
2
veteninfo.az

3Mənbələr