AZ

Şəbəkələrin keyfiyyətinə tələblər daha da artacaq

Yazını böyüt
Yazını kiçilt

Süni intellekt texnologiyalarının geniş tətbiqi şəbəkələr üzərində əlavə yük yaradacaq və bu da bağlantının keyfiyyətinə olan tələbləri daha da artıracaq.

Hafta.az xəbər verir ki, bu fikirləri “Ookla” şirkətinin baş icraçı direktoru (CEO) Stiven Bay Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı səsləndirib.

“Gələcəkdə istənilən rəqəmsal xidmətin və qonaq təcrübəsinin mərkəzində etibarlı bağlantı dayanacaq”, - deyə “Ookla” rəsmisi bildirib.

Stiven Bay vurğulayıb ki, “Ookla”nın əsas missiyası dünyanın hər yerində, hər kəs üçün bağlantının keyfiyyətini yaxşılaşdırmaqdır. Şirkət müstəqil və obyektiv ölçmələr aparmaqla yanaşı, şəbəkələrin optimallaşdırılması üçün alətlər və həllər təqdim edir. Onun sözlərinə görə, artan cihaz sayı və məlumat axını fonunda şəbəkələr daha mürəkkəb hala gəlir və bu mürəkkəbliyin idarə olunması gələcək inkişaf üçün əsas çağırışlardan biridir.

“Ookla”nın rəhbəri qeyd edib ki, şirkət müstəqil məlumat mənbəyidir və performansının ölçülməsi sahəsində etibarlı sübut bazası təqdim edir.

Seçilən
43
2
hafta.az

3Mənbələr