AZ

“İnter” 18 yaşlı müdafiəçini transfer etdi

“İnter” klubu Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edən gənc müdafiəçi Leon Yakiroviçi transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə 2030-cu ilə qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.

Bu keçid İtaliya klubuna 2,5 milyon avroya başa gəlib. Xorvatiyalı futbolçu ilkin mərhələdə “İnter”in U-19 komandasında forma geyinəcək.

Hazırda “İnter” İtaliya A Seriyasının turnir cədvəlində liderdir. Komanda 22 turdan sonra 52 xalla birinci pillədə qərarlaşıb və ən yaxın rəqibini 5 xal qabaqlayır.

Seçilən
23
90deqiqe.az

1Mənbələr