AZ

Nərimanın “qol orucu”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə “qol orucu”ndadır.

Futbolpress.az xəbər verir ki, 21 yaşlı futbolçu “atlılar”ın son 10 rəsmi oyununda cəmi 2 dəfə fərqlənib.

Nəriman sonuncu dəfə dekabrın 14-də “Araz-Naxçıvan”la oyunda (5:1) qol vurub.

Son dönəmlərdə oyunu ilə tənqid olunan hücumçu ötən turun “Kəpəz”lə matçında (0:2) çoxlu top itkiləri ilə yadda qalıb. Formasından uzaq düşən Nəriman son üç rəsmi matçda cəmi bir dəfə 90 dəqiqə meydanda qalıb. Çempionlar Liqasında “Ayntraxt”la oyunda ehtiyat oyunçlar skamyasından oyunu izləyən Axundzadənin “Liverpul”la səfər matçında da startda olmayacağı gözlənilir.

Nəriman ümumilikdə bu mövsüm 25 oyunda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
futbolpress.az

1Mənbələr