AZ

Son 1 gündə cinayət törədənlərin sayı açıqlanıb

Yanvarın 26-da ölkə ərazisində polis əməkdaşları tərəfindən 43 cinayət hadisəsi qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan daha 2 cinayətin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.


Məlumata əsasən, axtarışda olan ümumilikdə 154 nəfər saxlanılıb.

Onlardan 113-ü borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 24 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Gülnar

Seçilən
49
1
anews.az

2Mənbələr