Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-da Çinə məxsus TikTok platformasının səhminin bir hissəsinin alınmasından sonra müəyyən qadağalar orttaya çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kaliforniya ştatının qubernatoru Kevin Nyusom maraqlı açıqlama verib.
O, TikTok-un artıq prezident Trampı xüsusi qorumaya aldığını, onunla bağlı tənqidi və neqativ xəbərləri bloklandığını açıqlayıb: "ABŞ-da demokratiya zidd fəaliyyətlə artıb. Çində yerləşən sosial media platforması TikTok prezident Donald Trampı tənqid edən məzmunu boğur. Biz bu platformanın ştat qanunlarını pozub-pozmadığını müəyyən etmək üçün araşdırmaya başlamışıq. Təəssüf ki, TikTok Trampla əlaqəli şirkətə satıldıqdan sonra onunla bağlı tənqidi xəbərlərin bloklanma iddiaları təsdiqlənir. Biz bu iddiaları dərindən araşdırıb, müvafiq hüquqi addımlar atacağıq. Kaliforniya Ədliyyə Nazirliyi bu məsələni nəzarətə götürüb"
Xatırladaq ki, yanvarın 22-də TikTok-un ABŞ-da fəaliyyətini tənzimləmək üçün yeni qurum yaradılıb.
Samir MUSAYEV
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.