AZ

Şəmkirdə iki avtomobil toqquşdu - Ata öldü, azyaşlı oğlu yaralandı

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayonunun İrmaşlı kənd sakinləri, 1992-ci il təvəllüdlü Rüstəmli Vüsal Zöhrab oğlunun idarə etdiyi "VAZ"-2110 və Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Orxan Qoşqar oğlunun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "VAZ"-2110-un sürücüsü ölüb, sərnişini, 2020-ci il təvəllüdlü Rüstəmli Adəm Vüsal oğlu xəsarət alıb.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
9
unikal.az

1Mənbələr