AZ

Azərbaycan və ABŞ arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

BAKI, 27 yanvar. TELEQRAF

Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirib.

Bu barədə Teleqraf-a agentlikdən məlumat verilib.

Bildirilib ki, görüş zamanı ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa geniş təqdimat edilib.

Görüşdə, humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri və ABŞ tərəfindən dəstək imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Seçilən
46
7
teleqraf.com

9Mənbələr