AZ

Sabunçuda 16 kq narkotik vasitə aşkarlandı VİDEO

Sabunçuda

Sabunçuda 16 kiloqram narkotik aşkarlanıb – iki nəfər saxlanıldıUlusum.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində külli miqdarda narkotik maddə aşkar edilib.Əməliyyat zamanı narkokuryerlik fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Mirtərlan Əsgərzadə və 37 yaşlı qadın saxlanılıb.Onların üzərindən və yaşadıqları ünvanlardan ümumi çəkisi 16 kiloqramdan artıq olan, tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana, metamfetamin və tiryək aşkar edilərək götürülüb.İlkin ifadələrində saxlanılan şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları vasitəsilə əldə etdiklərini, daha sonra isə paytaxt ərazisində müxtəlif ünvanlara pul qarşılığında çatdırmağı planlaşdırdıqlarını bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, Sabunçu rayonu ərazisində cari ilin əvvəlindən bu günədək polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 37 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Sabunçuda

Diqqət Çəkənlər

Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO

Gəncə şəhərində bu vəzifəyə ciddi ehtiyac var

Röya Aygün Kazımovanın ad günündə - VİDEO

Seçilən
74
ulusum.az

1Mənbələr