ABŞ Prezidenti Donald Tramp İranın yaxınlığında güclü Amerika hərbi-dəniz qüvvələrinin yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, sözügedən donanma Venesuela sahilləri yaxınlığında yerləşən qüvvələrdən daha böyükdür.
Editor.az xəbər verir ki, Donald Tramp bu barədə Axios nəşrinə müsahibəsində danışıb. Prezident qeyd edib:
“İranın yaxınlığında böyük bir donanmamız var. Bu donanma Venesuela yaxınlığındakı qüvvələrdən daha iridir”.
Tramp həmçinin Tehranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini və bu məqsədlə dəfələrlə əlaqə yaratmağa cəhd göstərdiyini bildirib. Onun sözlərinə görə, İran ABŞ-la dialoq aparmaq niyyətindədir.
“Onlar razılaşma əldə etmək istəyirlər. Mən bunu bilirəm. Dəfələrlə zəng ediblər. Danışmaq istəyirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
//Gülnarə Abasova, Editor.az