AZ

"Boeing" 2025-ci ildə təyyarə tədarükünü son 7 ilin maksimumuna çatdırıb

Müəllif:Mehin Qasımova,Banco.az

Amerikanın aparıcı təyyarə istehsalçısı "Boeing" 2025-ci ildə kommersiya təyyarələrinin tədarükünü əhəmiyyətli dərəcədə artıraraq 600 ədədə çatdırıb. 

Banco.az xəbər verir ki, Boeing-in illik tədarük həcmi ötən illə müqayisədə 72% artıb. Belə ki, 2024-cü ildə şirkət müştərilərə cəmi 348 təyyarə təhvil vermişdi.

Şirkət dördüncü rübdə müştərilərə ümumilikdə 160 təyyarə çatdırıb. Onlardan 117-si 737 modeli olub. Müqayisə üçün, 2024-cü ilin oktyabr və dekabr aylarında "Boeing" müvafiq olaraq 57 və 36 təyyarə təhvil vermişdi.

Boeing-in məlumatına görə, 2025-ci ilin sonuna şirkətin sifariş portfeli 6 720 təyyarəyə çatıb. İl ərzində "Boeing" ləğvlər də daxil olmaqla 1 075 yeni sifariş alıb.

Qeyd edək ki, Boeing-in əsas rəqibi olan Avropa təyyarə istehsalçısı "Airbus" da 2025-ci ildə müsbət nəticələr göstərib. Şirkət il ərzində 793 mülki təyyarə tədarük edib ki, bu da əvvəlki illə müqayisədə 3,5% artım deməkdir.

Seçilən
20
1
banco.az

2Mənbələr