AZ

Ən güclü ordular... Siyahı

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

"Global Firepower" beynəlxalq analitik resurslar platforması ölkələrin hərbi potensialını, canlı qüvvə sayını, hazırlıq səviyyəsini və gücünü yenidən araşdırıb.

Reyting.az xəbər verir ki, hərbi gücləri müqayisə edib statistik hesabatlar hazırlayan beynəlxalq analitik resurslar platformasının yeni reytinq cədvəli dünyanın 145 ölkəsinin 60-dan çox göstəricisi, xüsusilə də ordu və texnika sayı ilə yanaşı, iqtisadi və demoqrafik potensialı əsasında tərtib olunub.

2026-cı ilin qlobal hərbi gücləri reytinqində Rusiya işğalına qarşı müharibə aparan Ukrayna 20-ci yeri tutub.

Ukraynanın güclü tərəfləri kimi fəal ordu və ehtiyatların sayı, hərbi texnika, dronları sayəsində dəniz potensialı, kömür hasilatı, eləcə də dəmir yolları şəbəkəsinin həcmi ilə yanaşı, hərbi müdafiə xərcləri də göstərilir.

Ukraynanın zəif tərəfləri kimi sualtı qayıqlarının və iri döyüş gəmilərinin olmaması, enerji resurslarının yüksək istehlakı xüsusi qeyd edilib.

Hərbi güclərin reytinq siyahısında İspaniya 18-ci, Misir 19-cu, Polşa 21-ci, Tayvan 22-ci yerdədir.

İlk onluqda yer alan ölkələr aşağıdakılardır:

1. ABŞ

2. Rusiya

3. Çin

4. Hindistan

5. Cənubi Koreya

6. Fransa

7. Yaponiya

8. Böyük Britaniya

9. Türkiyə

10. İtaliya.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
reyting.az

1Mənbələr