AZ

Beynəlxalq inkişaf banklarının Bakı Fond Birjasında manatla emissiya etməyə marağı var – Ruslan Xəlilov (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Beynəlxalq inkişaf banklarının Bakı Fond Birjasında (BFB) yerlivalyutada (manat) emissiya etməyə marağı var.

Bunu Trend-əmüsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədriRuslan Xəlilov deyib.

O, müsahibəsində əvvəlcə rəhbərlik etdiyi qurumun 2025-ci ilüzrə naliyyətlərindən bəhs edib:

“Ötən il Bakı Fond Birjası olaraq texnoloji infrastrukturumuzuntam və dərin diaqnostikasını apardıq. Ticarət sistemlərimiz vahidplatforma üzərində qurulub və həmin platforma üzrə geniş yoxlamalarhəyata keçirildi. Diaqnostikanın nəticələrinə əsasən sisteminharmonizasiyası və sabitliyinin artırılması məqsədilə “in-housestabilization” (daxili stabilizasiya) işləri görüldü. Paralelolaraq bir neçə stress test (yüksək yüklənmə sınaqları) aparıldıki, platformanın böyük həcmli əməliyyatlara tam hazır olduğuna əminolaq.

Bu yoxlamalar hər il həyata keçirilir, lakin ötən il daha genişvə detallı aparıldı. Çünki bazara çoxsaylı IPO-ların (ilkinsəhmlərin yerləşdirilməsi) və istiqraz emissiyalarının daxilolacağı istisna edilmir. Məqsəd texnoloji platformanın yüz minlərləorderin “processing”ini (emalı) problemsiz həyata keçirəbilməsidir. Əminliklə deyə bilərəm ki, Bakı Fond Birjası çoxsaylıemissiyaların həyata keçirilməsinə tam hazırdır.

Daxili transformasiya prosesi çərçivəsində növbəti stratejidövrə keçid edirik. Bu mərhələdə əsas fokus texnoloji hazırlığın və“technological integration”ın (texnoloji inteqrasiya)gücləndirilməsidir. Hədəf təkcə BFB daxilində deyil, ümumilikdəkapital bazarı üzrə inteqrasiyanın artırılmasıdır.

Hazırda treydinq platformamız iki investisiya şirkətinin tətbiqivasitəsilə iki bankla inteqrasiya olunub. Son məqsəd bazardakıbütün investisiya şirkətlərinin öz tətbiqləri üzərindən Bakı FondBirjasına qoşulmasıdır. Eyni zamanda, investisiya lisenziyası alanbankların da sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu,“retail investor” (fərdi investor) üçün maksimal rahatlıq yaradır,yəni investor bir kliklə öz brokerinin tətbiqi vasitəsilə birjadaticarət edə bilir. Hazırda bu model Azərbaycan Beynəlxalq Bankı(ABB) səhmləri üzrə aktiv şəkildə işləyir”.

R. Xəlilov ötən il əldə edilmiş nailiyyətlərdən bəhs edərkənBakı Fond Birjasının Tabadul layihəsi çərçivəsində Abu DhabiExchange (ADX ), Milli Depozit Mərkəzi və Azər Türk Bank arasındakollektiv mübadilə razılaşması imzaladığını xüsusi vurğulayıb və buəməkdaşlığın perspektivlərindən danışıb:

“Bu sənəd texnoloji qoşulmaların və test mərhələsininbaşlanmasına imkan verdi. Hazırda BFB “Tabadul Trading Hub”a(Tabadul Ticarət Mərkəzi) texnoloji inteqrasiya üzrə testləri davametdirir. Bu işlərin əsas məqsədi həm yerli bazar üzrə inteqrasiyanıgücləndirmək, həm də “cross-border integration”ı (sərhədlərarasıinteqrasiya) problemsiz şəkildə həyata keçirməkdir. Tabadul Hubbirja-hub modeli kimi fəaliyyət göstərir və müxtəlif ölkələrinbirjalarını vahid məkanda birləşdirir. Bu mexanizm vasitəsilə,məsələn, Əbu-Dabidə fəaliyyət göstərən hər hansı bir broker BakıFond Birjasında birbaşa ticarət apara bilər. Bunun üçün isə həminbroker Bakı Fond Birjasının üzvü olmalıdır. Hazırda müvafiqqanunvericilik hansısa xarici brokerin Bakı Fond Birjasının üzvüolmasına qadağa qoymur. Lakin burada bir çox tələblər var. Məsələn,xarici brokerin Bakı Fond Birjasına qoşulması üçün buradaofislərinin açılması və yaxud yerli əlaqələndirici nümayəndəsininolması tələb olunur. Bu tələblərin daha da sadələşdirilməsi üçünbiz AR Mərkəzi Bankı tərəfindən aparılan qiymətli kağızlar bazarıhaqqında qanunvericiliyə baxış və dəyişikliklərin təklif olunmasılayihəsi çərçivəsində Mərkəzi Bankla öz fikirlərimizibölüşmüşük”.

R. Xəlilov vurğulayıb ki, hazırda inteqrasiya prosesləri əsasənTabadul platforması üzərindən həyata keçirilir:

“Bununla yanaşı, bir sıra regional və qlobal brokerlərlə dəaktiv danışıqlar aparılır. Şəxsən öz iştirakımla keçirilən bugörüşlərdə qlobal brokerlərin öz sistemlərinə Bakı Fond Birjasının(BFB) platformasını qoşması üçün hansı şərtlərin tələb olunduğu,hansı meyarlara diqqət yetirildiyi, eləcə də bazarın dövriyyəsi iləbağlı gözləntiləri müzakirə olunur.

Bu istiqamətdə əsas məqsəd ondan ibarətdir ki, gələcəkdə beləbir inteqrasiya mümkün olarsa, bunun üçün hansı texniki,institusional və bazar şərtlərinin təmin edilməli olduğunuəvvəlcədən müəyyənləşdirək. Eyni zamanda, bu modelin yerli bazarüçün hansı üstünlüklər yarada biləcəyi və hansı potensialçatışmazlıqların mövcud ola biləcəyi də təhlil edilir.

Qeyd edim ki, qlobal brokerlərin əksəriyyəti “multinationaltrading facility” (çoxtərəfli ticarət platforması) modeli əsasındafəaliyyət göstərir və adətən “smart order routing” (ağıllı sifarişyönləndirmə) sistemi tətbiq edirlər. Bu sistem vasitəsiləplatformada göstərilən qiymətli kağız bir neçə birjadalistinqdədirsə, sifariş avtomatik olaraq ən aşağı qiymət və ənminimal komissiya təklif edən bazara yönləndirilir.

Bu baxımdan, ən azı həmin platformalarda Bakı Fond Birjasındaticarətdə olan və kotirovkaya çıxarılmış qiymətli kağızlarınnümayiş etdirilməsi belə, bazarımız üçün mühüm bir inteqrasiyaaddımı ola bilər”.

R. Xəlilov müsahibəsində eyni zamanda Avropa Yenidənqurma vəİnkişaf Bankının (AYİB) dəyişən faiz dərəcəli manat istiqrazlarınınBakı Fond Birjasında ticarətə buraxılmasından da bəhs edib və bunubazar üçün çox önəmli hadisə kimi dəyərləndirib:

“Bu, həm yerli valyutada, həm də “floating rate note” (dəyişkənfaizli istiqraz) formatında ilk beynəlxalq maliyyə qurumuemissiyasıdır. Hətta ikinci bazarda bir əməliyyat da reallaşıb.Burada təxminən 3 milyon manatlıq əməliyyat baş tutub.

AYİB-in dəyişən faiz dərəcəli manat istiqrazlarının kapitalbazarında ticarətə buraxılmasının digər faydası ondan ibarətdir ki,hələ tez olsa da, bu, gələcəkdə faiz dərəcəsi svoplarının (Interestrate swap) əməliyyatlarının tranzaksiyalarına gətirib çıxara bilər.Ən azından hazırda bazarda birinci addım kimi dəyişkən faizliistiqraz var, indiyədək bu yox idi. Bu çox vacib addım oldu.

Hazırda bir sıra digər beynəlxalq maliyyə institutları ilə dəistiqraz emissiyaları üzrə danışıqlar aparılır. Beynəlxalq inkişafbanklarının yerli valyutada emissiya etməyə marağı var, çünki bu,“currency risk”in (valyuta riskinin) daha effektiv idarə olunmasınaimkan verir. Ünsiyyətdə olduğumuz bir çox beynəlxalq maliyyətəşkilatları Bakı Fond Birjasında istiqraz emissiyasındamaraqlıdırlar. Qonşu ölkələrdə bu praktikalara rast gəlirik. Ammakonkret olaraq hansının nə zaman emissiya edəcəyini demək doğruolmaz. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq inkişafbanklarının deyərdim ki, hər birinin emissiya etməyə marağı var. Ənazından ona görə ki, bu banklar beynəlxalq inkişaf banklarıdır vəonlar üçün ən uyğun həll yolu odur ki, yerli valyutada öz riskdərəcələrində istiqraz buraxsınlar və istiqrazdan, məsələn, əldəetdikləri vəsaiti yerli strateji layihələrə elə yerli valyutadayönləndirsinlər.

Biz həmin beynəlxalq maliyyə təşkilatları ilə görüşürük, dəvətedirik və yaxşı əlaqədəyik. Onlara daxili bazar barədə məlumatveririk”.

“Artıq o zamana gəlmişik ki, dövlət müəssisələri istiqrazemissiyaları ilə bazara çıxmalıdırlar. Bakı Fond BirjasınınMüşahidə Şurası tərəfindən təsdiq olunmuş “2024-2026-cı illər üzrəStrateji İnkişaf planı”nında əsas strateji təşəbbüslərdən biridövlət müəssisələrinin istiqrazlara təşviq edilərək cəlbolunmasıdır. Biz aktiv şəkildə dövlət müəssisələri ilə danışıqlaraparırıq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə də bundan əvvəlbir neçə dəfə görüşmüşdük və hətta ADY üçün yerli kapital bazarıimkanları haqqında qısa bir məlumat xarakterli təqdimat dahazırlamışdıq. Çox sevinirəm ki, “Azərbaycan Dəmir Yolları” QSC(ADY) istiqrazların emissiyasına başladı.

Bizdə olan məlumata görə, nəqliyyat-logistika sektorundanistiqraz emissiyası buraxmaq niyyətində olan daha 1-2 şirkət dəvar. Biz bu şirkətlərin hamısı ilə danışıqlar aparırıq. Bəzişirkətlərə hətta lazım olan əlavə məlumatları da hazırlayıbgöndəririk ki, onların qərarverməyinə daha çox yardım olsun. Yənibir neçə həm dövlət, həm də qeyri-dövlət şirkətləri var ki, onlaristiqraz emissiyasına kifayət qədər maraqlıdırlar”, - deyə R.Xəlilov qeyd edib.

Bundan başqa, sədr ötən ilin mart ayında SOCAR-ın “yaşılistiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıldığınıxətrladəb və qeyd edib ki, “yaşıl istiqraz”lar 5 illik müddətəburaxılır və ümumi buraxılış məbləği 200 milyon ABŞ dollarıdır:“Biz Bakı Fond Birjası olaraq “yaşıl istiqraz”ları dəstəkləmək üçünayrıca bir “Green Bond Segment” (“yaşıl istiqrazlar” seqmenti)yaratmışıq. Həmin bazar seqmenti üçün bütün listinq komissiyalarınısıfırlamışıq. Yəni “yaşıl istiqraz” və yaxud da yaşıl kağız olaraqlistinqə çıxmaq istəyən şirkət müvafiq kriteriyalara uyğun gəlirsə,listinq haqqından azad edirik. Bazarda bu istiqamədə müəyyənsahələr üzrə şirkətlərin marağı var. Xüsusən də enerji sektorunda“yaşıl istiqraz” buraxmaq istəyən şirkətlər var. Logistika sektoruüzrə də bir qism şirkətin “yaşıl istiqraz”a marağının olduğunugörürük. Sadəcə olaraq burada investisiya bankçılığı rolunu oynayanşirkətlərdən də çox şey asılıdır. Yəqin ki, zamanla “yaşılistiqraz”lar üzrə əlavə buraxılışları görəcəyik”.

R. Xəlilov, həmçinin manat gəlirlilik əyrinin dərinləşdirilməsiüçün lazımi addımlarla bağlı bəhs edərkən söyləyib ki, “yieldcurve” (gəlirlilik əyrisi) bazar üçün fundamental əhəmiyyətdaşıyır:

“Bu əyri emitentlər üçün baza faiz dərəcəsi rolunu oynayır.Hazırda Azərbaycanda əsas likvidlik 3 ilə qədər olan alətlərdəcəmləşsə də, zamanla 5–7 illik seqmentlərdə də likvidliyinartacağını gözləyirik. Azərbaycan Mərkəzi Bankı artıq gəlirlilikəyrisini təqdim edir və bu əyri tədricən daha “market-based”(bazarəsaslı) formaya keçir”.

Müsahib eyni zamanda bu yaxınlarda Bakı Fond BirjasınınABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul edilməsindən və buüzvlüyün mümkün üstünlüklərindən danışarkən isə bunları qeydedib:

“Bu üzvlük Amerika bazarındakı “best practice”lərin (ən yaxşıtəcrübələrin) öyrənilməsi, texnoloji həllərin araşdırılması vəpotensial investorlarla əlaqələrin qurulması baxımından mühüməhəmiyyət daşıyır. Ümumiyyətlə, bizim sözügedən ticarət palatasıilə çox yaxşı əməkdaşlığımız var və çox aktiv şəkildəünsiyyətdəyik. Amerika bu sahədə kifayət qədər yetkin vəöyrəniləcək bir bazardır. Bizim başlanğıc şəkildə əməkdaşlığımızABŞ-də birja və yaxud da ticarət platformaları biznesində olanşirkətlərlə öz işlərini necə qurmaları, eləcə də texnikiistiqamətdə və ümumiyyətlə bazarın inkişafında müəyyən fikirmübadilələrinin aparılmasıdır. Eyni zamanda gələcəkdə kommersiyaəlaqələrinin qurulması da mümkün ola bilər. Hazırda Tabadul kimireal bir qoşulma yoxdur, amma baza əlaqələrin, diskussiayalarınaparılması istiqamətində kifayət qədər işlər görülür”.

R. Xəlilov sonda regional əməkdaşlıq imkanlarına, xüsusən dəMərkəzi Asiya ölkələri ilə mümkün layihələrə də toxunub:

“Qazaxıstan Fond Birjası (KASE) ilə texniki biliklərinbölüşdürülməsi və regional “data hub”ın (məlumat mərkəzi)yaradılması üzrə fikir mübadilələri aparılıb. Məqsəd Mərkəzi Asiyavə Yaxın Şərq regionunda kapital bazarı məlumatlarının vahidplatformada emal edilərək regional və beynəlxalq investorlaratəqdim olunmasıdır. Bu layihə hələ ideya mərhələsindədir, lakinəməkdaşlıq niyyəti istisna edilmir.

Eyni zamanda Özbəkistan və digər Mərkəzi Asiya ölkələri ilətəcrübə mübadiləsi aparılır. Bu bazarların inkişaf səviyyəsibir-birinə yaxındır və texnoloji yeniliklər baxımından oxşarmərhələdəyik.

Ümumilikdə məqsədimiz Bakı Fond Birjasını regional və qlobalmiqyasda görünürlüyü yüksək olan bir bazara çevirməkdir. Bu isəqlobal brokerlərin platformalarına BFB-də listinqdə olan alətlərininteqrasiyası və texnoloji həllərlə mümkündür”.

“Strategiyamız kapital bazarlarının dərinləşdirilməsi, səhm vəistiqraz bazarlarının inkişafı, yeni maliyyə alətlərininyaradılması və maliyyə savadlılığının artırılmasına yönəlib və bizbu istiqamətdə səylə çalışırırq ”, - R. Xəlilov fikriniyekunlaşdırıb.

Seçilən
106
1
az.trend.az

2Mənbələr