AZ

Millət vəkili: “Rusiya heç bir ölkə üçün etibarlı tərəfdaş ola bilməz”

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Parlamentinin üzvü və Krım Tatar Milli Məclisinin (KTMM) sədr müavini Axtem Çiygöz Rusiyanın enerji müstəvisində heç bir dövlət üçün sabit və etibarlı tərəfdaş ola bilməyəcəyini vurğulayıb.

Hafta.az yazır ki, o, Rusiya ilə hər bir enerji müqaviləsinin yalnız kommersiya əməkdaşlığı deyil, həm də müharibənin maliyyələşdirilməsi mexanizmi olduğunu bildirib və bu vəziyyətin Ukraynanın, eləcə də Qara dəniz bölgəsinin, Avropanın və Türküstanın təhlükəsizliyini və sabitliyini təhdid etdiyini qeyd edib.

Qara dənizdə enerji təhlükəsizliyinin son dərəcə vacib olduğunu qeyd edən Çiygöz deyib: “Rusiya beynəlxalq hüquqa riayət etməyə məcbur edilməlidir. Əgər buna nail olunmazsa, Qara dəniz bölgəsində, Orta Asiyada və ya Qafqazda sülh mümkün olmayacaq. Yeganə həll yolu birləşmək və Rusiya terrorçu dövlətini dayandırmaqdır”. Çiygöz həmçinin türk dünyasını və türk dövlətlərini Ukrayna və Krım tatar xalqının maraqlarını müdafiə etməyə, Rusiya terrorizminin qarşısını almağa töhfə verməyə çağırıb.

Axtem Çiygöz Rusiyanın Ukraynada mülki əhaliyə qarşı "qəsdən enerji terrorizmi" həyata keçirdiyini bildirib və əlavə edib ki, Moskva administrasiyası üçün enerji beynəlxalq əməkdaşlıq sahəsi deyil, şantaj və siyasi təzyiq vasitəsi, eləcə də dövlət büdcəsinin əsas sütunu olaraq qalır.

Seçilən
42
hafta.az

1Mənbələr