BAKI, 27 yanvar. TELEQRAF
Qızıl və gümüşün qiymətində ötən gün qeydə alınan tarixi artımdan sonra azalma müşahidə olunur.
Teleqraf xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 0.43% dəyər itirərək 5101 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 6.34% ucuzlaşaraq 108.18 ABŞ dolları təşkil edib.