AZ

Onlardan uzaq durun: Bu il almaq üçün ən pis 6 elektromobil

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son illərdə elektromobillər çox sürətlə yayılaraq daxiliyanma mühərrikli avtomobillərlə inamla rəqabət aparır. Lakin bütün modellər uğurlu seçim sayılmır.Demokrat.az xəbər verir ki, avtomobil ekspertləri “GOBankingRates” üçün açıqlamalarında 2026-cı ildə almaqdan çəkinməli olduğunuz elektromobilləri sadalayıblar. Onların fikrincə, bu modellərdə ciddi problemlər mövcuddur.2026-cı ildə almaq tövsiyə olunmayan elektromobillər“Nissan Leaf”Bir vaxtlar “Nissan Leaf” elektromobil seqmentinin pioneri idi. Lakin avtomobil üzrə ekspert, “carVertical” şirkətindən Aivaras Qriqeleviçyusun sözlərinə görə, bu modelin köhnəlmiş texnologiyaları artıq rəqiblərlə yarışmağa imkan vermir.“Elektromobili əlçatan qiymətə təklif etməkdə problem yoxdur, amma bu, akkumulyator texnologiyasının pisləşdirilməsi və ya doldurma sürətinin azaldılması hesabına olmamalıdır”, deyə o vurğulayıb.“GMC Hummer EV”“GMC Hummer EV” çox təsirli görünüşə və qeyri-adi funksiyalara malik elektrik yolsuzluq avtomobilidir. Lakin “JustAnswer” platformasının avtomobil eksperti Kris Payl bildirib ki, bu funksiyaların bəziləri əslində faydasızdır.“Dördtəkərli sükanlama sistemi. Sonuncu dəfə bunu sınaqdan keçirəndə uğursuz oldu və bu dəfə də elə olacaq. Bu, sıradan çıxa biləcək daha bir lazımsız elementdir. Bu böyük yolsuzluq avtomobili sadəcə göstərir ki, elektromobillə yük dartmaq və ya off-road sürmək mümkündür”, deyə ekspert izah edib.“Rivian R1S”Kris Payl etiraf edib ki, “Rivian” maraqlı elektromobillər istehsal edir. Lakin onun fikrincə, əsas problem təmirin olduqca baha başa gəlməsidir.“Əgər kuzov panelini cızsanız və ya əysəniz, ciddi xərclərə hazır olun. Mən xırda qəzalar görmüşəm ki, təkcə kosmetik təmir 20 min dollardan baha olub”, deyə o qeyd edib.Ekspert əlavə edib ki, “Rivian R1S” modelinin ilkin qiyməti də kifayət qədər yüksəkdir.“Tesla Model X”“Tesla Model X” 2015-ci ildə təqdim edilərkən qabaqcıl texnologiyaları və əsas xüsusiyyətlərindən biri olan “qağayı qanadı” tipli arxa qapıları ilə diqqət çəkirdi. Lakin Kris Payl hesab edir ki, bu, eyni zamanda əsas problemlərdən biridir.“Bu qapıların nə dərəcədə düzgün işləməsi və tam bağlanması ilə bağlı narahatlıqlar var idi və hələ də qalır”, deyə ekspert bildirib.O, həmçinin vurğulayıb ki, “Tesla Model X” çox güclüdür, lakin bu, akkumulyatorun daha tez boşalmasına səbəb olur.“Toyota bZ4X”“Toyota”nın elektromobil bazarına çıxışı çox da uğurlu alınmayıb. Aivaras Qriqeleviçyus bildirib ki, “Toyota bZ4X” elektrik krossoverində həddən artıq çatışmazlıq var.“Dünyanın ən böyük şirkətlərindən birinin elektromobillərə münasibətini görmək istəyirsinizsə, ‘Toyota bZ4X’ buna bariz nümunədir. Burada innovasiya, funksionallıq, təkmilləşdirmə və qənaətbəxş yürüş məsafəsi çatışmır. Doldurma sürəti də orta səviyyədədir və 2025-ci ildə və ya sonrasında bu avtomobili almaq maliyyə baxımından məntiqli deyil”, deyə ekspert qeyd edib.“Ford Mustang Mach-E”Kris Payl “Ford Mustang Mach-E” modelini almadan əvvəl iki dəfə düşünməyi tövsiyə edib. Onun fikrincə, “Ford” hələ elektromobillərin necə olmalı olduğunu tam dərk etməyib."Ford" hələ öyrənmə mərhələsindədir. Bu modeldə akkumulyatorun həddindən artıq qızması problemi olub və ola bilsin ki, hələ də tam həll edilməyib. Üstəlik, "elektrik Mustang" sürdüyünüzü desəniz, dəfələrlə bunun əsl Mustang olmadığını eşidəcəksiniz və benzinlə işləyən Mustanglər barədə uzun-uzadı söhbətlərə məruz qalacaqsınız”,  deyə ekspert əlavə edib. (Valyuta.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
demokrat.az

1Mənbələr