AZ

Xırdalanda anbarda yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəXırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxilolub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlbolunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınınbir dam altında tikilmiş bir-birinə bitişik ümumi sahəsi 1000kv.m.olan anbarların birində baş verdiyi və yayılma riskinin yüksəkolduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğıngenişlənməsinə, o cümlədən digər anbarlara keçməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan anbarın damörtüyünün taxta atmaları və içərisində olan taxta məmulatlarıyanıb.

Digər bitişik anbarlar yanğından mühafizə olunub.

Seçilən
53
29
az.trend.az

10Mənbələr