futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda “Liverpul”un qonağı olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna qədər Premyer Liqa təmsilçilərinə qarşı 8 oyun keçirib. İngilislərə qarşı yeganə xal qazancı bu mövsüm “Çelsi” ilə oyunda olub. “Qarabağ” Bakıda “zadəganlar”la heç-heçə edib – 2:2.
“Qarabağ” tarixində ilk dəfə “Liverpul”la üz-üzə gələcək. Ümumiyyətlə, mersisaydlılar heç vaxt Azərbaycan klublarına rəqib olmayıb.
“Qarabağ” ingilislərə qarşı keçirdiyi 8 oyunun 7-də uduzub. “Atlılar” “Çelsi” və “Arsenal”a 2, “Tottenhem”ə 3 dəfə uduzub. “Qarabağ” ingilislərlə səfər matçlarının hamısını məğlub olub və cəmi bir qol vurub.
Tottenhem – Qarabağ 3:1
Qarabağ – Tottenhem 0:1
Çelsi – Qarabağ 6:0
Qarabağ – Çelsi 0:4
Qarabağ – Arsenal 0:3
Arsenal – Qarabağ 1:0
Tottenhem – Qarabağ 3:0
Qarabağ – Çelsi 2:2.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da İngiltərədə keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.