AZ

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 30-a çatdı

Bakı. Trend

ABŞ-ın böyük bir hissəsini bürüyən şiddətli qış fırtınası ən azı30 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyixəbər verib.

Məlumata əsasən, ölənlər arasında Massaçusets və Ohayoştatlarında qar təmizləyən maşınların vurduğu iki nəfər, Arkanzasvə Texasda isə xizək sürərkən ölümcül yaralanan yeniyetmələr vəKanzas ştatının Emporia şəhərində basdırılmış cəsədi tapılan birqadın var.

Nyu-York şəhər hakimiyyətinin məlumatına əsasən, təkcə ötənhəftəsonu şəhər küçələrində səkkiz nəfərin cəsədi tapılıb.

Təbii fəlakət genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub."Poweroutage.com" portalı bildirib ki, bazar ertəsi axşamına qədər630 mindən çox müştəri elektrik enerjisiz qalıb.

Seçilən
41
1
az.trend.az

2Mənbələr