AZ

Məmmədbəyli kənd sakini: Zəngilana sevinə-sevinə gedirəm

30 ildir qaldığım Xırdalan şəhərində harasa çıxmağa həvəsim olmayıb. Amma indi Zəngilana sevinə-sevinə gedirəm.

"Report" xəbər verir ki, bu sözləri Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Əkbər Hüseynov söyləyib.

O, yaradılan şəraitə görə dövlətimizin başçısına dərin təşəkkürümü bildirib: "Bir az səhhətimdə də problem olduğu üçün heç yerə çıxmağa həvəsim olmayıb. Amma bu gün sevinə-sevinə Zəngilanıma qayıdıram. Buna görə başda Ali Baş Komandan olmaqla əziyyəti olan hər kəsə təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin".

Seçilən
64
far.az

1Mənbələr