Bakı. Trend:
Venesuela hakimiyyəti "siyasi məhbusları" gecikmədən azad edirvə yaxın gələcəkdə bu prosesi sürətləndirəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp"Truth Social" sosial şəbəkəsində yazıb.
"Məmnuniyyətlə bildirirəm ki, Venesuela siyasi məhbuslarınısürətlə azad edir. Bu temp tezliklə daha da sürətlənəcək. Bu güclühumanitar jesti qəbul etdiyinə görə Venesuela rəhbərliyinə təşəkküretmək istəyirəm!" - deyə o bildrib.