"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun zədəsi ciddi deyil.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisi durumun yaxşı olduğunu söyləyib:
"Bədavi ilə bağlı ciddi problem yoxdur. Həkimlər hər şeyin qaydasında olduğunu deyiblər".
B.Hüseynov Misli Premyer Liqasının XVII turunda "Kəpəz"lə (0:2) oyunda zədə almışdı.